"Tehran ABŞ-nin İrana hücum edəcəyi təqdirdə, ABŞ Prezidenti Donald Trampa "unudulmaz dərs" verməyə hazırdır".


Moderator.az IRIB-ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.






Trampa müraciət edən Qalibaf Vaşinqtonun hədələrindən xəbərdar olduğunu deyib:


"İranın müdafiəçiləri sənə unudulmaz dərs verəcəklər. Gəl və gör ki, sizin (ABŞ-nin red.) Yaxın Şərqdəki bütün potensialınız necə məhv ediləcək".