ABŞ İrana Venesuelaya göndərdiyindən daha böyük qüvvə göndərir.


Moderator.az xəbər verir ki, bunu Ağ Evdə keçirilən tədbir zamanı ABŞ lideri Donald Tramp bildirib.






"İrana tərəf böyük bir armada, flotiliya - necə istəyirsiniz adlandırın - irəliləyir. Bu hətta Venesuela sahillərində olan qüvvəmizdən də böyükdür", - deyə o bildirib.


Bununla yanaşı, Tramp Vaşinqtonun Tehran ilə sazişə nail olacağına ümid etdiyini qeyd edib.


"Əgər biz sazişə nail olmasaq, nə baş verəcəyinə baxarıq", - Ağ Ev rəhbəri əlavə edib.