“Efirlərə çox az-az çıxıram. Hər zaman dəvət edirlər. Amma seçəcəyim, gedəcəyim verilişlər çox azdır. Bu gün bir az efirlərimiz reytinq, şou üçün işləyirlər. Yaxşı verilişlərimiz də var. Bu günlərdə Arb televiziyasında Dilarə Əliyevanın “Söhbət var” verilişində qonaq oldum. Sevə-sevə sənət yoldaşlarımla birlikdə iştirak etdim. Hər kanalda sevdiyim verilişlər var. Çox böyük səbirsizliklə Nanə Ağamalıyevanın “Nanəli” verilişini gözləyirik. Bilirsiniz ki, bu veriliş vasitəsilə Azərbaycan musiqisinə gözəl nəğmələr bəxş olunur”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O daha sonra arzularından danışıb:
Kənardan baxanda hər şey o qədər rahat görünür ki. Xoşbəxtlik varla, pulla ölçülmür. Arzu etmişəm ki, huzurlu, rahat həyatım olsun. Rahat yatım, rahat durum. Heç kəsin varına, puluna həsəd aparmamışam. Bu yaxınlarda sənət yoldaşım Sahib İbrahimovla ziyalı bir məclisində oldum. Orada ziyalılar, elm adamları iştirak edirdi.
Orada hər kəs mənim ünvanıma çox gözəl sözlər dedilər. Bunu mən özüm üçün həqiqətən də xoşbəxtlik sayıram. Bu mənə verilən dəyər və mükafatdır” deyə sənətkar bildirib.