Moderator.az bildirir ki, bu barədə mersisaydlıların mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
İPL-nin 24-cü turunun "Nyukasl"la oyununda (4:1) yarımmüdafiəçi Florian Virtsə etdiyi məhsuldar ötürmə Salah üçün "Enfild" stadionunda 152-ci məhsuldar hərəkət olub.
Əvvəllər bir stadionda məhsuldar hərəkət sayına görə rekord "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runiyə məxsus idi. O, "Old Trafford" stadionunda "qol+pas" sistemi üzrə 151 xal toplamışdı. Rekordçuların ilk üçlüyünə, həmçinin "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri də daxildir.