Ayağı velosipedin pedalına sıxılı qalan 3 yaşlı uşaq belə xilas edildi - VİDEO
07 Feb 2026, 11:48 3 baxış 1 dəq oxuma
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
FHN-dən Moderator.az-a bildirilib ki, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedal hissəsində sıxılıb qalmış 2022-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.