İran Prezidenti Məsud Pezeşkian aylıq 1000 dollar maaş alır.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, Gülüstan vilayətində tibb məsələlərinə həsr olunmuş iclasda bildirib.






“Əvvəllər normal pul verilirdi, maaş 6 min dollar idi. Amma indi prezident olaraq 1000 dollar maaş alıram”, - o deyib.


Qeyd edək ki, İranda hazırkı məzənnə ilə (1 dollar - 162 min tümən) 1000 dollar təxminən 162 milyon tümən edir.