Donald Trampın İrana qarşı səsləndirdiyi hədələr fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) strateji əhəmiyyət daşıyan "B-52" bombardmançısının videogörüntüsünü yayıb.


Moderator.az xəbər verir ki, bu nəhəng təyyarə təkcə adi silahlar deyil, həm də nüvə başlıqları daşımaq potensialına malikdir.






"Əgər "B-52" işə qarışırsa, bu, heç vaxt bərabərsəviyyəli döyüş olmur", - CENTCOM-un "X"dəki paylaşımında deyilir.


Həmçinin komandanlıq hərb naziri Pit Heqsetdən sitat gətirib:


"Bu döyüşdə güzəşt nəzərdə tutulmamışdı və belə də oldu. Onlar məhv olanadək davam edəcəyik".