Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.


Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.








Məlumata görə, yeraltı təkanların episentri Larisa şəhərindən 155 km qərbdə yerləşib.



Həmin şəhərdə təxminən 144 min nəfər yaşayır. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.


Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.