Səudiyyə Ərəbistanında yaşayış binasına edilən hücum nəticəsində ən azı iki nəfər ölüb, 12 nəfər yaralanıb.


Moderator.az xəbər verir ki, "Əl-Cəzirə" yerli mülki müdafiə agentliyinə istinadən məlumat yayıb. 






Hücum Əl-Xərc qubernatorluğunun mərkəzi hissəsindəki yaşayış kompleksini hədəf alıb.


Ölənlər arasında Hindistan və Banqladeş vətəndaşları da var.