İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin andiçmə mərasimi 9 martda Tehranda keçiriləcək.
 




Moderator.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
 
Məlumata görə, mərasim yerli vaxtla saat 15:00-da İran paytaxtının mərkəzindəki İnqilab meydanında başlayacaq.

 
Qeyd edək ki, Müctəba Xamenei İranın ali dini lideri olmuş və hücum nəticəsində həyatını itirdiyi bildirilən ayətullah Əli Xameneinin oğludur. Onun Ekspertlər Şurası tərəfindən ölkənin yeni ali lideri seçildiyi açıqlanıb.