Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib
09 Mar 2026, 13:49 4 baxış 1 dəq oxuma
Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) altı ədəd F-16 qırıcı təyyarəsinin göndərilməsi barədə qərar qəbul edib.
Moderator.az bildirir ki, Türkiyənin Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən xəbərə görə, təyyarələrlə yanaşı, martın 9-dan etibarən adada hava hücumundan müdafiə sistemləri də yerləşdirilib.
Qeyd olunub ki, qərar regionda baş verən son hadisələr fonunda ŞKTC-nin təhlükəsizliyinin mərhələli şəkildə təmin olunması tədbirləri çərçivəsində qəbul edilib.
Türk Kiprinin müdafiəsi üzrə mərhələli plan çərçivəsində əlavə tədbirlərin görülməsi də istisna edilmir.