4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB
09 Mar 2026, 14:39 4 baxış 1 dəq oxuma
Bu gün saat 12:00-14:00 aralığında dördü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin beş Pakistan və dörd Çin vətəndaşı İrandan təxliyə olunub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
12:07
Böyük Britaniya və Almaniyanın hər birindən bir vətəndaşın İrandan Azərbaycana təxliyəsi baş tutub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10:00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bundan başqa, İranın altı vətəndaşının əks istiqamətə keçidi təmin edilib.