ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlarına Adana şəhərini dərhal tərk etmələri barədə çağırış edib.


Moderator.az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi bu barədə sosial media hesabından paylaşım edib.








Paylaşımda ABŞ vətəndaşlarından Türkiyənin cənub-şərqi Anadolu bölgəsini və Adana şəhərini dərhal tərk etmələri xahiş olunub.


ABŞ Dövlət Departamenti “təhlükəsizlik riskləri”ni əsas gətirərək, Adana Konsulluğunda çalışan işçiləri və onların ailələrinin təxliyə olunması barədə göstəriş verilib.