Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq nazirliyin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.