Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
 




Moderator.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
 
1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.
 
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.