Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.  "Hyundai" markalı minik maşını yolu keçmək istəyən  yaşlı qadını vurub.
 
Qadın ağır vəziyyətdə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Faktla bağlı araşdırma başlanılıb.