Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində "Çinarlı Park" yaşayış kompleksindəki yanğın məhdudlaşdırılıb.


***






Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.


Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.