Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.






Belə ki, "Toyota", KIA, "Hyundai" markalı minik avtomobilləri toqquşub.


Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.