Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 




Moderator.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşıdrma aparılır.