Samuxda 39 yaşlı qadın bıçaqlanıb. 
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
 
1987-ci il təvəllüdlü S. Abbasova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
 
İlkin məlumata görə, qadını bıçaqlamaqda qardaşı şübhəli bilinir. 
 
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.