"Sabah" komandası bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq.
 




Moderator.az xəbər verir ki, təmsilçimiz ilk oyununda İngiltərənin "Mançester Yunayted" klubunun qonağı olacaq.
 
İngiltərənin məşhur "Old Trafford" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 
Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
 
Xatırladaq ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.