“Kreml Ermənistanı itirmək istəmir... Çünki sonuncu dayaq nöqtəsidir Cənubi Qafqazda...”
 




“Paşinyan faktiki indi Rusiyadan qırılmaq istəyir. Və bu, bir az ağır prosesdir. Ona görə də bu prosesi yavaş-yavaş həyata keçirirlər. Rusiya da Ermənistanı itirmək istəmir... Çünki sonuncu dayaq nöqtəsidir Cənubi Qafqazda... İndi bundan sonra nə olacaq, nə olmayacaq, hələ bilinmir.”
 
Bunu  Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşının “Rusiya ilə Ermənistan arasında son gedişləri necə təhlil edərdiniz?” sualını cavablandırarkən söyləyib. 
 
“Bilirsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammitindəki qısa görüşdən sonra Putin Paşinyanı dəvət edib Moskvaya – Ermənistan lideri də həmin dəvəti qəbul edib. O görüşdən sonra da çox şeylər  baş verə bilər. Bunu demək çətindir. Ancaq görünür,  Paşinyan, məcazi mənada desək, özünü daha baha satmağa çalışır, Rusiyanın isə onu almağa vəsaiti çatmır. Amerika daha çox vəsait verir.  Belə bir vəziyyətdə isə Moskva bu rəqabətə dözməyəcək...”
 
Sultan Laçın