Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Bişkek şəhərinin Manas beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Qırğızıstan Joqorku Keneşinin (parlament) sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri bir sıra görüşlər keçirəcək, TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcəkdir.