Estoniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində əlavə 10 milyon avro vəsait ayırmaq qərarına gəlib. Məbləğ ABŞ istehsalı olan silahların alınmasına yönəldiləcək.
 




Moderator.az xəbər verir ki, Estoniyanın Baş naziri Kristen Mixal bu barədə sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, ölkəsi Prioritised Ukraine Requirements List (PURL) proqramı vasitəsilə Ukraynaya əlavə maliyyə və hərbi dəstək göstərəcək.
 
NATO tərəfindən 2025-ci ildə yaradılan PURL proqramı Ukraynanın hərbi ehtiyaclarına uyğun olaraq ABŞ-dan silah alınmasını nəzərdə tutur. Proqram çərçivəsində Avropa ölkələri maliyyə ayırır, alınan silahlar isə Ukraynaya təhvil verilir.
 
Rusiya tərəfi isə Qərbin Ukraynaya silah tədarükünün münaqişəni uzatdığını dəfələrlə bəyan edib.