Rusiya Müdafiə Nazirliyi oktyabrın 17-dən 18-nə keçən gecə ölkənin müxtəlif bölgələrində 1015 Ukrayna pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, nazirliyin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri təyyarə tipli pilotsuz aparatları Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Ryazan, Smolensk, Tver və Tula vilayətləri üzərində zərərsizləşdirib.
Bundan başqa, Moskva regionu, Krasnodar diyarı, Krım yarımadası və Qara dəniz üzərində də PUA-ların vurulduğu bildirilib.