“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Napoli”də baş məşqçi Massimiliano Alleqrinin gələcəyi sual altına düşüb.


Moderator.az xəbər verir ki, İtaliya təmsilçisi mövsümün ilk 9 oyununda bütün turnirlər nəzərə alınmaqla 5 məğlubiyyətlə üzləşib.






Bu, komandanın son 20 ildəki ən uğursuz startı olub.


Bildirilib ki, Alleqrinin “Venesiya” ilə qarşılaşma üçün heyətlə bağlı bəzi qərarları klub prezidenti Aurelio De Laurentisin narazılığına səbəb olub. Həmin görüşdə “Napoli” məğlubiyyətlə üzləşib - 1:0.


Vəziyyətin daha da pisləşəcəyi təqdirdə İqor Tudor və Tiaqo Motta Alleqrinin mümkün əvəzediciləri kimi nəzərdən keçirilir. Türkiyə millisindəki karyerasını başa vuran Vinçenzo Montella da namizədlər sırasında yer alır.


(teleqraf)