Misli Premyer Liqasının VIII turunun son oyununda "Kəpəz" və "Zirə" komandaları qarşılaşıblar. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Moderator.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən matçda hesabı 57-ci dəqiqədə ev sahiblərinin futbolçusu Blessinq Olabiran açıb.
"Zirə" məğlubiyyətdən oyunun son dəqiqəsində xilas olub. Belə ki, 89-cu dəqiqədə David Volkov başla dəqiq zərbə endirərək hesabı bərabərləşdirib.
Bu nəticədən sonra 12 xalı olan "Zirə" turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. 11 xal toplayan "Kəpəz" isə yeddinci sıradadır.
----
Misli Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.
Moderator.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "İmişli"nin qonağı olub.
Yevlax şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub.
Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "İmişli" doqquzuncu pillədə qərarlaşıb. Tovuz təmsilçisi 14 xalla dördüncü sıradadır.
Turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.
----
Misli Premyer Liqasında 8-ci tura bu gün yekun vurulacaq.
Moderator.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək. Qonaq komanda hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadırlar.
Digər qarşılaşmada isə "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Gəncə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.
Misli Premyer Liqası
I dövrə, VIII tur
18 oktyabr
15:00. "İmişli" - "Turan Tovuz";
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu.
18:30. "Kəpəz" - "Zirə";
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu.