Alimlər ət istehlakının uzunömürlülüklə necə əlaqəli olduğunu aşkar ediblər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, ət istehlakı çəkisi az olan yaşlı insanlar arasında 100 ilə qədər yaşama ehtimalının daha yüksək olması ilə əlaqələndirilə bilər. Bununla belə, tədqiqatçılar həmçinin bu qrupda ət məhsullarından imtinanın, xüsusən də qadınlarda daha qısa ömürlə əlaqəli ola biləcəyini aşkar ediblər.
"Mütəxəssislər 80 yaşdan yuxarı 5203 nəfərin məlumatlarını təhlil ediblər. Onlardan 1459-u 100 yaşa qədər yaşayıb, qalanları isə daha tez ölüb. Tədqiqatçılar yaşlıların qidalanma tərzini onların ömür uzunluğu ilə müqayisə ediblər və xüsusilə ət istehlakına diqqət yetiriblər", - məlumatda vurğulanır.
Təhlil göstərib ki, çəkisi az olan iştirakçılar arasında gündəlik ət yeyənlərin 100 ilə qədər yaşamaq şansı vegetarianlara nisbətən 44 faiz daha yüksəkdir. Lakin tədqiqatçılar normal və ya artıq çəkili yaşlı yetkinlər arasında oxşar bir model tapmadylbar.
Beləliklə, tədqiqatın nəticələri çəkisi az olan yaşlı yetkinlərdə ət istehlakı ilə uzunömürlülük arasında mümkün əlaqəni göstərir. Lakin, tədqiqat ətin ömrün uzadılmasına xüsusi töhfə verdiyini sübut etmir.
(lent.az)