Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, qəza şəhərin 28 May küçəsində qeydə alınıb.
 
Belə ki, "Audi" markalı avtomobil "VAZ 2107" markalı maşınla toqquşub. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. 
 
Faktla bağlı araşdırma başlanılıb.