Mərakeşin "Əl-Vidad” klubundan ayrılan Hakim Ziyeç karyerasını Braziliyada davam etdirəcək.


Moderator.az xəbər verir ki, 33 yaşlı niderlandlı yarımmüdafiəçi Braziliya A Seriyası təmsilçisi “Botafoqo” ilə müqavilə imzalayıb.






Tərəflər arasında 2028-ci ilinə qədər müqavilə imzalanıb.


Qeyd edək ki, Ziyeç karyerası ərzində “Ayaks” (Niderland), “Çelsi” (İngiltərə) və “Qalatasaray” (Türkiyə) kimi klublarda çıxış edib.