İstanbul nəhənglərindən “Fənərbağça” ilə İtaliya təmsilçilərindən “Roma” arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyununda qalib müəyyənləşməyib.


Moderator.az xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.






İlk hissədə “Roma”nın futbolçusu Brayan Kristante 39-cu dəqiqədə hesabı açıb. “Fənərbağça” isə 48-ci dəqiqədə Arçi Braunla bərabərliyi təmin edib.


Beləliklə, komandalar meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.