Rusiya ötən gecə Ukraynaya müxtəlif tipli hücum PUA-ları ilə növbəti kütləvi hava zərbəsi endirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı 161 zərbə dronu qeydə alınıb və onlardan 138-i məhv edilib və ya elektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. 
 




Moderator.az bu haqda Ukrayna KİV-inə istinadla xəbər verir.
 
Hesablamalara görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın göndərdiyi dronların 85,7 faizini, yəni yuvarlaqlaşdırılmış hesabla 86 faizini zərərsizləşdirib. Başqa sözlə, hər 100 Rusiya PUA-sından təxminən 86-sı hədəfinə çatmadan sıradan çıxarılıb.
 
“Korrespondent”in məlumatına görə, Rusiya bu dəfə hücumda "S8000- “Banderol” reaktiv PUA-larından, həmçinin “Shahed” tipli dronlardan, o cümlədən reaktiv versiyalardan, “Gerbera” və “Parodiya” dronlarından istifadə edib. “Banderol”lar Rusiyanın Belqorod vilayəti istiqamətindən, digər PUA-lar isə Oryol, Kursk, Primorsko-Axtarsk, işğal altındakı Donetsk və Krımdakı Qvardeyskoye rayonlarından buraxılıb. 
 
Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, səhər saat 08:00-a olan məlumata əsasən 138 düşmən PUA-sı vurulub və ya radioelektron mübarizə vasitələri ilə yatırılıb. Bununla belə, Rusiya hücumu həmin vaxt hələ davam edirdi və Ukraynanın hava məkanında digər düşmən dronları da qalırdı. 
 
Maraqlıdır ki, yüksək zərərsizləşdirmə göstəricisinə baxmayaraq, Rusiya PUA-larının bir hissəsi müdafiə xəttini keçə bilib. Ukrayna tərəfi 19 ərazidə hava hücumu vasitələrinin vurulduğunu, daha üç ərazidə isə məhv edilmiş dronların qalıqlarının düşdüyünü bildirib. 
 
Gecə hücumunun nəticələri Kiyevdə də hiss olunub. Ukraynanın paytaxtında, Dnepr rayonunda çoxmərtəbəli binada yanğın baş verib. Səhər saat 08:00-a olan məlumata görə, 8 nəfər xəsarət alıb. 
 
S.Laçın