Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.


Moderator.az xəbər verir ki, turun açılış günündə “İmişli” “Neftçi” ilə üz-üzə gələcək.






Yevlax şəhər stadionunda keçiriləcək oyunun baş hakimi Kamranbəy Rəhimov olacaq. Dörd turdan sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” 9 xalla turnir cədvəlinin lideri, Fərid Namazovun baş məşqçisi olduğu “İmişli” isə 4 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.


Azərbaycan Premyer Liqası

V tur

11 sentyabr

16:30. “İmişli” – “Neftçi”


Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.

VAR: Emin Əliyev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu


Qeyd edək ki, turun digər oyunları sentyabrın 12, 13 və 14 tarixlərində keçiriləcək.