Tovuzda yol qəzası baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan iki "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birinin sürücüsü, Tovuz rayon sakini, 40 yaşlı Coşqun Zeynalov yüngül xəsarət alıb. Yaralı hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, Coşqun Zeynalovun vəziyyəti hazırda stabil qiymətləndirilir.
Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri və digər hallar araşdırılır.
Faktla bağlı müvafiq araşdırma aparılır.