“Mən kinoittifaqın konfransında iştirak etmişəm və Şəfiqə xanımı da dəstəkləmişəm. Çoxu onun yaşını müqayisə edir. Bu axı futbol komandası deyil, yaradıcı təşkilatdır. Bu mövzunu müzakirə edən insanların heç biri məsələnin mahiyyətini başa düşməyiblər. Mən neçə illərdir Azərbaycan Yazıçılar Birliyinin katibiyəm və mövzunu başa düşməyib danışan insanların çox şahidi olmuşam”.
Bunu Moderator.az-a açıqlamasında Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev deyib.
O daha sonra əlavə edib:
“Yaradıcı ittifaqlar nazirlik deyil. Orada elə adam sədr olmalıdır ki, həqiqətən də ona hörmət edirlər, cəmiyyətdə nüfuz sahibidir, tanınmış ziyalıdır. Ora sədr olaraq elə-belə adamı seçmək olmaz. Nə olar ki, yaşı 81-dir?! Əgər bu insan sağlamdırsa, gümrahdırsa niyə sədr ola bilməz ki? Düşüblər onun üstünə. Şəfiqə Məmmədovadan da bizdə tanınmış insan var?! Qurtarsınlar daha bu məsələni. Heç nə tapmayanda qaşınmayan yerdən qan çıxarırlar” deyə Xalq yazıçısı deyib.