Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə Ermənistanın işğal dönəmində tarixi abidələrimizə qarşı həyata keçiridyi vandalizm aktları ilə bağlı maraqlı məlumatlar səsləndirib. Səbinə Hacıyeva qeyd edib ki, Ermənistan işğalın ilk dönəmlərində Azıx mağarasından silah anbarı kimi istifadə edib, sonrakı dövrlərdə isə burada qanunsuz qazıntılar aparıb, bir çox nümunələri kənara çıxarıb.
Səbinə Hacıyevanın məlum açıqlaması işğal dönəmində Ermənistanın tarixi-mədəni abidələrə qarşı həyata keçirdiyi çoxsaylı vəhşilikləri bir kəs yada salıb, yerli və beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşiliklərə çəkib. Xidmət rəisinin Azıx mağarası ilə bağlı gündəmə gətirdiyi fakt isə erməni faşizminin tarixi abidələrə sözün həqiqi mənasında qənim kəsildiyini göstərir.
Ermənilərin işğal dönəmində Azıx mağarasından silah anbarı kimi istifadə etməsi bəşər tarixinə xəyanətdir. Çünki Azıx dünya əhəmiyyətli tarixi abidələr siyahısındadır və qədim daş dövrü insanının məskunlaşdığı mağara tipli nadir düşərgələrdən heasb olunur. Hansı ki, bu cür düşərgələrin sayı bütün dünyada olduqca azdır. Belə nadir mağara-düşərgəni, nəhəng tarixi abidəni hərbi məqsədlərlə istifadə etmək, onu hərbi anbara çevirmək Ermənistanın bəşər tarixi və mədəniyyətinə olan anti-insani münasibətindən xəbər verir.
Bundan başqa, işğal dönəmində Azıx mağarasında qanunsuz qazıntı işlərinin aparılması, ortaya çıxan bir sıra nümunələrin qarət edilməsi erməni xislətindəki talançılıq xüsusiyyətindən xəbər verir.
Ermənistanın bir tək Azıx mağarasına münasibətdə ortaya qoyduğu mövqe erməni toplumunun mədəni dəyərlərə tamamilə yad və düşmən olduğunu göstərir. Bu fakt bir daha sübut edir ki, ermənilər nə mədəni, nə əxlaqi, nə də düşüncə etibarilə bəşər xalqları ilə eyni pillədə qərarlaşmaq səviyyəsinə malik deyillər. Erməni xisləti ilə bağlı bugünə qədər aparılan müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ermənilərin mədəni xalqlarla eyni zirvədə qərarlaşmaq cəhdi həmişəlik arzu olaraq qalacaq və heç vaxt reallaşmayacaq.
Seymur ƏLİYEV