Pakistanın Ermənistana ilk səfirini təyin etməsi iki ölkə arasında yeni diplomatik mərhələnin əsasını qoyub. Uzun illər Ermənistanla diplomatik münasibətlərdən çəkinən İslamabadın bu addımı regionda diqqət çəkən siyasi dəyişiklik kimi qiymətləndirilir. 2025-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra tərəflər arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb.
Bu prosesin Azərbaycan-Pakistan münasibətlərinə, eləcə də Cənubi Qafqazdakı siyasi proseslərə mümkün təsirləri də diqqət çəkən məsələlərdəndir. Eyni zamanda, Pakistanın ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi fonunda Ermənistanla yeni münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı Moderator.az-ın suallarını siyasi şərhçi Müşfiq Abdulla cavablandırıb.
Pakistanın Ermənistana ilk səfirini təyin etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından nə ifadə edir?
“Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasına dair ilk razılaşma hələ ötən il əldə olunub. Yəni 2025-ci il avqustun 31-də Pakistanın və Ermənistanın xarici işlər nazirləri diplomatik münasibətlərin yaradılmasına dair birgə kommunike imzalayıblar. Və bu addım, yəni Pakistan hökumətinin bu addımı, təbii ki, Azərbaycan tərəfi ilə razılaşdırılıb. Çünki Pakistan, rəsmi İslamabad həmişə xarici siyasətində, xüsusilə də Cənubi Qafqaz siyasətində və Ermənistanla bağlı mövqeyində Azərbaycanın maraqlarını nəzərə alıb. Məlumdur ki, 1991-ci ildə Ermənistan və Azərbaycan müstəqillik əldə etdikdən sonra, yəni Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub, lakin buna baxmayaraq, Azərbaycan Azərbaycana qarşı işğalçılıq müharibəsini həyata keçirdiyinə görə, heç vaxt Pakistan Ermənistana, Ermənistanla diplomatik əlaqələr qurmayıb.İndi isə Pakistanın Ermənistanla belə deyək, siyasi-diplomatik müstəvidə barış əldə etməsi və hər iki ölkənin qarşılıqlı şəkildə səfirliklər açmaq barədə razılığa gəlməsi Azərbaycanla Ermənistan arasında sülh, deməli, sülh münasibətlərinin, sülh prosesinin, daha doğrusu, sülh prosesinin reallığa çevrilməsi ilə bağlıdır. Artıq bilirsiniz ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin, ilkin sülh sazişinin paraflanması baş verib. Və həmin vaxt ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə tərəflər sülh sazişini, ilkin sülh sazişini parafladılar və kommunikasiyaların açılmasına dair də ümumi sənədi imzaladılar. Məhz bu hadisədən sonra yalnız Pakistan Ermənistanla diplomatik münasibətləri qurmağa razılıq verdi. Hesab edirəm ki, Pakistanın bu addımı həm də bir növ Ermənistana çox ciddi siyasi mesajdır. Yəni Pakistan bununla Ermənistana yalnız Azərbaycanla sülh şəraitində yaşayacağı, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşacağı halda İrəvanla hərtərəfli siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq quracağına dair mesaj verir. Əks təqdirdə, bu münasibətlər mümkün ola bilməz. Yəni bir anlıq təsəvvür edək ki, Ermənistanla Azərbaycan arasında bu gün yenidən münaqişə baş verərsə, Pakistan təbii ki, yenidən dərhal Ermənistanla diplomatik münasibətləri kəsə bilər. Bu baxımdan da Pakistanın Ermənistanla əlaqələr qurması, hesab edirəm ki, heç də Azərbaycanın ziyanına və maraqlarına zidd deyil. Bu, daha çox Azərbaycanın strateji tərəfdaşı olan bir dövlətin regionda mövqeyinin güclənməsinə xidmət eləyir. Məlumdur ki, Azərbaycanın Pakistanla bu qədər yaxın olmasına qarşılıq olaraq, adekvat olaraq Ermənistan da Hindistanla münasibətlərini genişləndirmək strategiyasına üstünlük verirdi. Lakin Pakistanın bölgədə əhəmiyyətinin getdikcə daha çox artması artıq son zamanlar Pakistanı da, hesab edirəm ki, çox güman ki, mövqeyini dəyişməyə vadar edəcək və Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə görüşündə Hindistanın baş naziri Narendra Modinin Azərbaycan prezidenti ilə görüşməsi və ayaqüstü bir söhbət etməsi də, hesab edirəm ki, Hindistanın Cənubi Qafqaz siyasətində dəyişiklik etmək niyyətindən xəbər verir. Çünki Ermənistanın bu gün Pakistanla getdikcə yaxınlaşması Hindistanı artıq oyundan kənar vəziyyətdə qoyur.Məhz bu səbəbdən də Pakistan balansı qorumağa üstünlük verir. Çünki Pakistanın Ermənistanla yaxınlaşması, daha doğrusu, diplomatik əlaqələr qurması, geosiyasi balansı Pakistanın xeyrinə dəyişir. Və bu baxımdan da Cənubi Qafqazda artıq Azərbaycana düşmən mövqedən çıxış edən, onu silahlandıran, ona qarşı sərt xətt yürütməyə üstünlük verən Hindistan artıq yəqin ki, öz mövqeyini dəyişməyə üstünlük verəcək. Əlavə olaraq onu qeyd edim ki, indiyə qədər Hindistan ümumiyyətlə Ermənistanın dostu, Ermənistanın düşməni… Daha doğrusu, indiyə qədər “Pakistanın dostu mənim düşmənimdir” siyasətinə üstünlük verib. Xarici siyasətində prinsipinə üstünlük verib. Yəni “Pakistanın dostu mənim düşmənimdir” prinsipinə üstünlük verib. Belə yazarsız. Ona görə də Azərbaycanla Hindistan arasında münasibətlərdə müəyyən müddət bir qədər qapalı gərginlik yaşanıb. İndi bu prosesdə, düşünürəm ki, yeni mərhələyə daxil olur və bu proseslərdə dəyişiklik, dəyişikliyin baş verəcəyi ehtimalı çoxdur. Ona görə də Pakistan-Ermənistan, Pakistanla Ermənistan arasında səfirliyin açılması da, bax, bu yeni tendensiyanın əlamətidir.”
Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmasının əsas səbəblərini necə qiymətləndirirsiniz?
“Bu sualla bağlı onu deyə bilərəm ki, İslamabad və İrəvan arasında diplomatik münasibətlərin yaradılması perspektivdə Ermənistan cəmiyyətində Pakistana qarşı münasibətin tədricən dəyişməsinə gətirib çıxara bilər. Çünki istər işğal dövründə, istərsə də ondan sonra Ermənistan cəmiyyətində, daha doğrusu, radikal və mühafizəkar Ermənistan cəmiyyətində Pakistana qarşı mənfi, düşmən münasibəti mövcud olub. Bu da Pakistanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi və rəsmi Bakı ilə strateji tərəfdaşlıq siyasəti yürütməsi ilə bağlıdır. Pakistan Azərbaycana siyasi, hərbi-siyasi dəstək verib. Siyasi, mənəvi dəstək verib. Belə yazın. Hərbi sahədə iki ölkə arasında ciddi əməkdaşlıq qurulub. Beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bu da təbii ki, Ermənistan cəmiyyətində revanşist erməni müxalifəti tərəfindən, istər-istər kilsə tərəfindən, istər erməni diasporunda qıcıq yaradırdı və daim Pakistan timsalında bir düşmən obrazı formalaşdırmağa çalışırdılar. 44 günlük müharibədə də biz bunun şahidi olduq. Guya hərbi əməliyyatlarda Pakistan ordusunun iştirak etməsi barədə heç bir əsası olmayan fikirlər irəli sürülürdü. Artıq bu iddiaların heç biri öz təsdiqini tapmadı. İndi isə hesab edirəm ki, artıq Azərbaycanla Ermənistan arasında sülhün yaxınlaşması və sülhün yaxınlaşması, Pakistanla paralel olaraq Pakistana münasibətin dəyişməsinə də səbəb olacaq. Yol aça bilər. Pakistana münasibətin dəyişməsinə yol aça bilər. Çünki hətta mən bu yaxınlarda, yəni ilin sonuna qədər Ermənistanda konstitusiya referendumunun keçiriləcəyini və Azərbaycanla və bundan dərhal sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını gözləyirəm. Bu baxımdan da Pakistanla Ermənistanın əməkdaşlıq etməsi, ümumiyyətlə, Pakistanın regional müstəvidə əməkdaşlığının genişlənməsi üçün geniş imkanlar açılacaq. O gün açılacaq və bu mənada hesab edirəm ki, Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması yalnız müsbət proseslərin müsbətə doğru inkişafına xidmət edə bilər.”
Bu diplomatik yaxınlaşma Cənubi Qafqazda hansı yeni siyasi imkanlar yarada bilər?
“Bu sualın cavabı ilə bağlı onu deyə bilərəm ki, bilirsiniz, əvvəla, Ermənistan çox kiçik dövlətdir və regional proseslərdə böyük rol oynamır. Ona görə də Ermənistanla Pakistanın yaxınlaşmasının Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliklərlə müşahidə olunacağını demək bir qədər reallıqdan uzaq səslənir. Ancaq ümumilikdə Pakistanın Ermənistanla diplomatik münasibətlər qurması müəyyən göstəricilərin əlamətidir. Bu, ilk növbədə, o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olacaq. Bu bölgədə kommunikasiyaların açılması baş verəcək və Pakistan-Azərbaycan-Türkiyə üçlük modelinin Cənubi Qafqazda fəaliyyəti genişlənəcək. Məlumdur ki, hələ ötən il, may ayının 28-də Pakistanın baş naziri Şahbaz Şərif Laçın hava limanı vasitəsilə Laçına səfər etdi. Belə yazın, Laçın şəhərinə səfər etdi və orada Türkiyə prezidenti də iştirak etdi. Türkiyə və Azərbaycan prezidentləri də iştirak etdi və birgə sammit keçirdilər və üç dövlət bir sıra sahələr üzrə əməkdaşlığa dair geniş razılaşmalar əldə etdilər. Bu baxımdan da artıq üç dövlətin iştirakı ilə bir əməkdaşlıq formulu yaranıb və bu əməkdaşlıq modeli Cənubi Qafqaz siyasətinin koordinasiyalı şəkildə həyata keçirilməsini nəzərdə tutur. Ona görə də Pakistanın Ermənistanla siyasətini Türkiyədən və Azərbaycandan, Azərbaycanla və Türkiyə ilə razılaşdırılmamış və qarşılıqlı şəkildə məlumatlandırılmamış həyata keçirməsi mümkün deyil. Eləcə də Türkiyə və Azərbaycan bu regional siyasəti ilə bağlı Pakistanla ciddi siyasi məsləhətləşmələr aparırlar. Bu səbəbdən də Pakistanın Ermənistanla diplomatik münasibətlərini qurması həm bu üçlük modelinin, o cümlədən də Pakistanın Cənubi Qafqazda geosiyasi təsirinin artmasına gətirib çıxara bilər. Bu, kommunikasiyaların açılması, Rusiyanın bölgədə mövqelərinin zəifləməsi, kənar digər dövlətlərin, xüsusilə də Türkiyənin və Pakistanın təsirinin artması üçün əlverişli şərait yaradıb. Ona görə də hesab edirəm ki, Pakistanın Cənubi Qafqazda Ermənistanla diplomatik əlaqələr qurması Cənubi Qafqazda mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Burada təbii ki, bir sual yarana bilər. Bu da Hindistanın bu məsələyə reaksiyası ilə bağlıdır. Hindistan indiyə qədər Cənubi Qafqazda Ermənistanı silahlandırmaqla daha çox Zəngəzur dəhlizinin qarşısını kəsmək, münaqişəni yenidən bərpa etmək və Zəngəzur dəhlizinin qarşısını kəsmək, Çinin Avropaya çıxışına mane olmaq və üstəlik də Pakistanın müttəfiqi olan Azərbaycana təzyiq göstərmək siyasətini yürüdürdü,ancaq indi proseslər dəyişib. Yəni Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizinin inşasını birbaşa öz üzərinə götürməsi və TRIPP layihəsinin Amerika Birləşmiş Ştatları prezidentinin adı ilə adlandırılması, ticarət marşrutu adlandırılması regiondakı proseslərə bütövlükdə təsir edib. Bu, bu da Hindistanı təbii ki, mövqeyindən çəkilməyə vadar edəcək.İkincisi, artıq Orta Dəhlizin, yalnız Zəngəzur dəhlizi yox, bütövlükdə Orta Dəhlizin reallaşması artıq qaçılmaz prosesə çevrilib. Şanxay Əməkdaşlıq Təşkilatının sonuncu toplantısında da Orta Dəhlizə, dəhlizin inkişafına dəstək məsələsinin gündəliyə salınması sübut etdi ki, artıq bu ticarət-nəqliyyat marşrutu reallaşmaq üzrədir və dünya dövlətləri, aparıcı dövlətlər, əksər ölkələr bu işdə maraqlıdır. Bu prosesdə Avrasiya beynəlxalq Avrasiya nəqliyyat-icarət dəhlizinin mühüm hissəsi olan Orta Dəhlizin reallaşmasında maraqlıdır. Bu baxımdan Hindistan mövqeyini dəyişmək məcburiyyətindədir. Və artıq Hindistan anlayır ki, bölgədə münaqişə yaratmaq yox, yalnız əməkdaşlıq etməklə, deməli, fayda götürmək mümkündür. Bu səbəbdən də Hindistanın xarici siyasətində, Cənubi Qafqazla bağlı xarici siyasətində müəyyən korrektə edəcəyi və geri çəkiləcəyini düşünürəm. Hər halda, Pakistanla Ermənistanın əməkdaşlıq etməsi daha çox Ermənistana lazımdır. Ancaq bütövlükdə Pakistanın mənafeyinə cavab verir.”
Sizcə, Pakistanın Ermənistanla yaxınlaşması Azərbaycan-Pakistan münasibətlərinə necə təsir göstərə bilər?
“Bu sualn cavabı ilə bağlı onu deyə bilərəm ki, Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması heç də İslamabadın İrəvanla yaxınlaşması demək deyil. Sadəcə olaraq, hər iki ölkə səfirliklərin açılması və diplomatik münasibətlərin təsis edilməsinə dair razılıq əldə ediblər. Və bu məsələdə də Pakistan Azərbaycanın rəyini nəzərə alıb. Çünki Pakistanın Ermənistanla hər hansı strateji tərəfdaşlıq münasibətləri yoxdur. Bu baxımdan biz iki ölkə arasında yaxınlaşmadan danışa bilmərik. Pakistan Cənubi Qafqazla bağlı siyasətində və Ermənistanla bağlı siyasətində, Cənubi Qafqazla, o cümlədən Ermənistanla bağlı siyasətində Azərbaycanın maraqlarını nəzərə almaqda davam edir. Biz onu da unutmamalıyıq ki, Azərbaycanla Ermənistan arasında hələ sülh müqaviləsi yoxdur. Real, yekun sülh müqaviləsi yoxdur. Bu baxımdan münaqişənin bərpası riski də tam aradan qalxmayıb. Ona görə də belə bir vəziyyətin bu şəkildə olması, təbii ki, Pakistanın da diqqətindən yayınmır və İslamabad, hesab edirəm ki, Azərbaycanla olan strateji tərəfdaşlıq münasibətlərini, müttəfiqliyə bərabər strateji tərəfdaşlıq münasibətlərini heç vaxt kənara qoymayacaq.Pakistanla Azərbaycanın, Azərbaycan xalqlarının dostluğu və qardaşlığı Pakistan dövlətinin yaranmasından da qədimdir. Və bu baxımdan da hesab edirəm ki, iki ölkə arasında münasibətlər Ermənistanla diplomatik əlaqələrin yaranmasından asılı olmayaraq dəyişməyəcək və daha yüksək səviyyədə qalacaq.”
Ayxan Cəfərov