“Əgər kino-ittifaqda seçkilərin şəffaf olmağını istəyirdilərsə, bir nəfər yox, bir neçə nəfər namizəd seçilməli idi idi. Hər şey bir nəfərin üstündə qurulmalı deyildi. Gizlin səsvermə keçirilməli idi. Açıq səsvermə də etmək olardı. Amma mütləq şəkildə əlavə namizədlər olmalı idi. Bu vacib idi”.
 




Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Gülşad Baxşıyeva deyib.

O daha sonra əlavə edib:
 
“Biz artıq bütün sahələrdə görürük ki, üstünlüyü gənclərə verirlər. O gənclərin də artıq saçı ağarıb, amma hələ də deyirlər ki, “bu gəncdir, olmaz”. Yetərincə bu sahəni bilən insanlar var. Bizim yaxşı gənc rejissorlarımız var. Niyə daha enerjili gəncləri biz irəli verməli deyilik ki?! Niyə? Cavanlıqda olan enerji yaş ötdükcə yoxa çıxır. Biz istəsək də, istəməsək də bu baş verir. Bu bizdən asılı deyil. Əgər kimlərsə iddia edir ki, o gəlib kinomuzun inkişafı üçün nələrsə edəcək, bu zaman indiki sədri məsləhətçi kimi saxlaya bilərdilər. Amma orada daha perspektivli, daha aktiv cavan sədr olmalı idi. O cavanlar da yetərincə var. Hansı ki, daha çox iş görə bilər. Gəncliyə yol verilməlidir. Çünki gənclik daha fərqli düşünür, daha fərqli qərarlar verir”.