Qebreyesus ÜST-ün Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
14 Sep 2026, 10:45 30 baxış 1 dəq oxuma
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus ÜST-ün Azərbaycandakı nümayəndələri ilə təşkilatın üzləşdiyi çağırışları və imkanları müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə ÜST rəhbəri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İşimdə ən çox sevdiyim şeylərdən biri - bütün dünyadakı ÜST həmkarları ilə görüşmək, onları dinləmək, onların təcrübəsindən öyrənmək və ideyaları ilə tanış olmaqdır. Təşkilatın Azərbaycandakı komandası ilə görüşmək, onların "HealthForAll" (Hamı üçün sağlamlıq) proqramı istiqamətində əldə etdikləri irəliləyişləri, ideyalarını dinləmək və təşkilat olaraq qarşılaşdığımız çağırışlar və imkanlarla bağlı açıq danışmaq imkanım oldu", - o yazıb.