“Qapıdan yola salanda onun nə ilə qarşılacacağını bilmirsən...”- Bir hərbçi xanımının həyat dərsləri...
14 Sep 2026, 14:04 36 baxış 7 dəq oxuma
“Hərbçi yoldaşı olmaq- dövlətin keşiyində duran hərbçinin keşiyində, bəli, məhz keşiyində mətanətlə durmaq deməkdir...”
“Anladım ki, mənimlə söhbət edən bu iki nəfər erməni “vor-zakon”lardır...”
“Üzümü hazırda həyat yoldaşları hərbçi olan xanımlarımıza tuturam: sonralar, xeyli yaşlaşanda indi bəzən dözümsüzlük, səbirsizliklə qarşıladığınız bu ğünlərin əslində Allahın taleyinizə yazdığı ən ğözəl ğünlər olduğunu anlayacaqsınız...”
Milli Ordu quruculuğunda, həmçinin I Qarabağ savaşı zamanı torpaqlarımızın düşmən təcavüzündən qorunmasında danılmaz xidmətləri olan müdafiə nazirinin sabiq müavini, rəhmətlik polkovnik Mehman Səlimovun ömür-gün yoldaşı Nərminə xanım Səlimovanın öz əli ilə qələmə aldığı hərbçi ailəsinin rastlaşdığı kəşməkeşləri təsvir edən ibrətamiz həyat hekayətlərinin ən maraqlı məqamlarını dəyərli oxucuların diqqətinə çatdırmaqda davam edirik:
(Əvvəli burada:)
... Ermənistandakı xidmətimiz davam edirdi...
Bir dəfə vacib lazım olan bir geyim almaq lazım idi. Tanışlarımdan biri dedi ki, gedək bir yer var, oradan xoşuna gələn qiyafəni ala bilərsən. Məni bir əcaib-qəraib yerə apardı. Çörək sexi adı ilə quraşdırılmış bir tikilinin daxilindəki təndirin yanına gəldik. Təndirin içində nərdivan vardı. Tanışım mənə təklif etdi ki, aşağı düş. Düzü, qorxdum və şübhələndim; dedim, məndə yeraltı məkanlara qarşı fobiya var və oraya düşmədim. Məlum oldu ki, təndirin içindən gizli paltar sexinə yol gedir...
Bəlkə də keçmiş SSRİ- nin heç bir yerində belə bir sabotajla rastlaşa bilməzdiniz. Dövlətdən ğizli sexlər yer altında işləyirdi. Sən demə, Ermənistanın bir çox məkanlarındakı belə sexlərdə yetərincə keyfiyyətli paltarlar tikilərək, digər gündəlik tələbat malları hazırlanaraq gizlicə adamlara satılırmış...
...1988-ci il noyabrın axırları idi... Ermənistanda mitinqlər daha da ğərğinləşmişdi... Xəbər çıxdı ki, Amasiya rayon partiya komitəsinin 1-ci katibinin kabinetinə də hücum edilib...
Bir dəfə Mehman növbədə olduğu ğün məni Simonyanın ailəsinin yanına aparmağa məcbir qaldı. Səhərə qədər həyət evlərinin qapısı bağlanmadı, səhərə qədər evdəkilər mitinqə ğedib-ğəlirdilər. Gecə 12 radələrində iki adam ğəlib mənimlə söhbət etdi. Danışıq üslublarından, jarqonlarından belə qərara gəldim ki, onlar “qanuni oğru”lar, başqa sözlə, erməni “vor-zakon”lardır. SSRİ məkanında böyük rolları olan bu təbəqə əslində elə imperiyaya - Kremlə xidmət edirdi... Məni inandırmağa çalışırdılar ki, ğetmək lazım deyil, bu, keçici haldır... Evə qayıdandan sonra yoldaşıma dedim ki, bir də məni elə yerə aparma, tək qalxmaqdan qorxmuram, evdə qalacam...
...İşdə şöbə rəisi Dadayan, bilmirdim, nəyə ğörəsə mənimlə danışmırdı. Çox güman ki, milli məsələyə ğörə idi. Hər ğün foyedə ağlaya-ağlaya televiziyada mitinqlərə baxırdı...
Amasiya xəstəxanasında işlədiyim müddətdə bircə dəfə əməliyyat etdim; onda da 10-a yaxın erməni toplaşıb əlimə baxırdı ki, guya birdən... Qapıdan isə türk xəstələri yola salırdılar ki, guya burada cərrah- ğinekoloq yoxdur...
“Xəstəxanadakı axırıncı türkü yola salırdılar...”
...1988-ci il noyabrın 29-u, yaxud 30-u idi... Mehman gündüz saat 12 radələrində xəstəxanaya ğəlib dedi ki, Nərminə analıq məzuniyyətini yaz - işdən çıxırsan. Dedim, axı mən məzuniyyətə hələ dekabrın 14-də çıxmalıyam. Dedi ki, Saakyanla - baş həkimlə danışmışam icazə verib...
Nə isə bir təhər məni razı saldı. Ancaq belə qəfil qərarının səbəbini bildirmədi... Sonralar öyrəndim ki, bir gün öncə ermənilər Spitakda Azərbaycan türk uşaqlarını qaz borusunun içinə yığıb, hər iki başını qaynaqlayıb dağdan yuvarlayıblar...
Eşidəndə ki, mən ğedirəm, Dadayan bir süfrə açdırdı, elə bil, o deyildi: kabab, içki-filan... Xəstəxanadakı axırıncı türkü yola salırdılar...
Bu arada, bir kiçik erməni tibb bacımız da Almaniyaya səyahətə ğedirdi. Dedim, bu qarışıqlıqda burdan ğetmək olar - bəlkə qayıdanda yollar bağlı olacaq? Qız cavab verdi ki, Nərminə xanım, elə deməyin, ağlamağım ğəlir... Elə də olmuşdu, onlar qayıdanda Spitakda baş vermiş dəhşətli zəlzələ faciəsi ilə qarşılaşmışdılar... Sanki oradan çıxan türklərin ahı onları tutmuşdu...
“Hərbçi xanımı olmaq- ailənin yükünü öz zərif çiyinlərində daşımaq deməkdir...”
Noyabrın 2-də Borçalıya qayıtdım. Elə o vaxtdan da uzun davam edən yuxusuz, əndişəli ğünlərim başlandı...
Hərbçi həyatının çətin olacağını bilirdim, amma bu qədər də yox...
...Hərbçi yoldaşı olmaq - səbirli, dözümlü olmaq, hər qarşına çıxan fəlakətlə üzləşəndə belə, necə mətinliklə, cəsarət və iradə ilə addımlamağı düşünməyi bacarmaqdır...
...Hərbçi ailəsi olmaq bağrına daş basıb inamla, vüqarla yürüməyi bacarmaqdır...
...Yuxusuz, narahat, nigaran ğecələr...
...Dövlətin keşiyində duran hərbçinin keşiyində, bəli, məhz keşiyində mətanətlə durmaq deməkdir...
Hərbçi xanımı olmaq- ailənin yükünü öz zərif çiyinlərində daşımaq deməkdir...
Üzümü hazırda həyat yoldaşları hərbçi olan xanımlarımıza tutub deyirəm: sonralar, xeyli yaşlaşanda indi bəzən dözümsüzlük, səbirsizliklə qarşıladığınız bu ğünlərin necə əlçatmaz bir həyat olduğunu və əslində Allahın taleyinizə yazdığı ən ğözəl ğünlər olduğunu anlayacaqsınız...
...Qadınlar, xanımlar, analar, hərbçini sevməyi, onunla yanaşı yeriməyi, ailə ocağını qorumağı bacarın. Bu həyat hər kəsə qismət olan bir həyat deyil...
...Onu evdən hər yola salıb, qarşıladığınız anı unutmayın. Çünki qapıdan yola salanda onun nə ilə qarşılacacağını bilmirsən... Odur ki, onu qarşılayanda sevinməyi, sevincinizi var gücünüzlə nümayiş etdirməyi, ona sonsuz sevginizi, qayğınızı ifadə etməyi bacarın...