Moderator.az Kulis.az-a istinadla Məcid Rəşadətoğlunun "Mirzə İbrahimovun uzun illər taleyi gizli qalan nikahdankənar qızı — Zamira İbrahimovanın həyat və yaradıcılıq yolu" yazısını təqdim edir.
 




Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatımıza onlarla say-seçmə əsər bəxş edən Xalq yazıçısı, akademik Mirzə İbrahimov haqqında çox yazılıb. Onun zəngin ədəbi irsi, ictimai-siyasi fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri geniş araşdırılıb. Lakin böyük yazıçının həyatının uzun illər ictimaiyyətdən gizli qalan səhifələrindən biri də qızı Zamira İbrahimovanın taleyi ilə bağlıdır.
 
Zamira Mirzovna İbrahimova 1938-ci il martın 5-də Leninqradda anadan olub. Onun Mirzə İbrahimovun qızı olması faktı isə uzun illər ictimaiyyətə gizli qalıb və geniş müzakirə mövzusuna çevrilməyib.