“Bütün Azərbaycan həmin gün o mahnıdan danışırdı, bir gündə məşhur oldu” - “Məktəb illəri” mahnısının müəllifindən ÖZƏL AÇIQLAMA+FOTO
15 Sep 2026, 09:55 26 baxış 2 dəq oxuma
““Məktəb illəri” mahnısı ifa olunanda, paylaşılanda mütəəssir oluram. Bir müəllif kimi mənə çox xoş təsir bağışlayır. Bütün sosial şəbəkədə paylaşıblar.. Mahnının tarixçəsini də bölüşüblər. İstər-istəməz biz də yada düşürük. Bir yaradıcı adam üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bəstə, mahnı öz yerində.. Aygün Səmədzadə də məni çox gözəl duyub və bu şeirə gözəl mahnı bəstələyib. Ümumiyyətlə Aygün xanımla çox gözəl işbirliyimiz olub və bütün mahnılarımız hitə çevrilib. “Məktəb illəri” bizim ilk mahnılarımızdandır. Artıq 25 yaşı tamam olub. 25 ildən artıq sözləri dillər əzbəri olan bir mahnının söz müəllifi olmaq o qədər qürurvericidir ki.. Mən bilmirəm, bizdə indi belə müəllif varmı? Məncə yaradıcı adamın xoşbətliyi bundadır. Bu mahnı insanların ürəyinə yol tapır, zövqünü oxşayır, unudulmur”.
Bunu Moderator.az-a açıqlamasında 100-dən çox məşhur mahnının söz yazarı olan Kəmalə Abiyeva deyib.
O daha sonra mahnının sevilməsini bunlarla əlaqələndirib:
“Bu mahnının sevilməsində hər üçümüzün-Aygün Səmədzadənin, Lalə Məmmədovanın və mənim əməyim var. Təbii ki, mövzu fərqli idi. Belə bir mahnı yox idi. Bu qədər düşündürücü bir mahnı oldu. Bəstəkar bu şeiri o qədər duydu ki, həmin sözlərə tam oturan bir musiqi yazdı. Yoxsa bu şeiri o qədər adam eşitməzdi bəlkə də.. Lalə xanım da onu elə gözəl ifa etdi ki.. Mahnı oxunan kimi bir gündə məşhur oldu. Bütün Azərbaycan həmin gün o mahnıdan danışırdı. Belə hallar tək-tük olur”.