Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
Moderator.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,27 dollar və ya 6,06% artaraq 127,29 ABŞ dolları olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.