“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarış davam edir.


U-15 yaş qrupunda 11-ci tur start götürüb. 






Sonuncu turun ilk oyun günündə üç matç baş tutub. “Qəbələ” EFA ilə bacarmayıb. Digər qarşılaşmalarda “quru”, ancaq böyük hesablı qələbələr qeydə alınıb. “Zirə” “Marafon”a, “Sabah” isə "Dinamo”ya aman verməyib.


Sabahın Ulduzları


U-15, 11-ci tur

14 sentyabr 


“Qəbələ” – EFA  0:2


Qollar: Raul Əsgərov, 32. Hüseyn Novruzlu, 55.


“Zirə” – “Marafon” 4:0


Qollar: Riyad Məhərrəmli, 12. Ceyhun Səfərli, 32. Əli Hüseynov, 35, 57.


“Sabah” – “Dinamo” 7:0


Qollar: Fəqan İbrahimov, 28. Yusif Ağayev, 31. Rüfət Həsənov, 55. Ayxan Əliyev, 57. Hüseyn Musayev, 64, 75. Əli Hüseynli, 70. 


Bu gün - sentyabrın 15-də U-15 yaş qrupunda ilk mərhələ başa çatacaq. Beləliklə, bütün yarımfinalçıların adlarına aydınlıq gələcək: 


U-15, 11-ci tur


15:00. Rekord – Neftçi

18:30. Qarabağ – Sumqayıt

20:45. Zəngəzur – Ulduz


Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş komandalar yarımfinala vəsiqə qazanırlar. (fanat.az)