Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.
 




Bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Elvin Cuvarov AMB-nin Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinq bölməsinin rəhbəri vəzifəsinə təyin olunub.
 
O, bundan əvvəl Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışıb. /İqtisadiyyat.az/