Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.






Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.


Belə ki, 1984-cü il təvəllüdlü Səxavət Niyaz oğlu Babayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.


Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.


Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Ruhiyyə Sabir qızı Hüseynova və Məhəmməd Məmməd oğlu İsgəndərov ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.