Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir.
 




Moderator.az xəbər verir ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
 
Gündəliyə təklif edilən məsələlər aşağıdakılardır:
 
1. Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı.
 
2. Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üçün iş planının layihəsi .
 
3.“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.