Ailə münasibətlərinə xitam verilməsi valideynlərin uşaqları qarşısında hüquq və vəzifələrini aradan qaldırmır. Valideynlər ayrı yaşasalar da, uşağın tərbiyəsində iştirak etmək və onunla ünsiyyət saxlamaq hüquqlarını qoruyurlar. 


Lakin valideynlər arasında yaranan münaqişələr bəzən uşağın digər valideynlə görüşünə maneələr yaradılmasına, hətta məhkəmə qərarlarının icrası ilə bağlı problemlərə səbəb olur.






Bəs valideynlərdən biri uşağın digər valideynlə görüşməsinə mane olarsa, qanun hansı mexanizmləri nəzərdə tutur? 


Məhkəmənin müəyyən etdiyi görüş qaydasına əməl edilmədikdə hansı hüquqi nəticələr yarana bilər?


Moderator.az-ın Pərvin Şakirqızı ilə “Hüququnu bil” rubrikasında yaranmış suallara vəkil Araz Nurməmmədov ilə aydınlıq gətirməyə çalışdıq.



"Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı inzibati protokol tərtib edilərək məhkəməyə təqdim oluna bilər. 


Bu halda şəxs barəsində 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək inzibati həbs nəzərdə tutulur. Bundan sonra da cavabdeh tərəf məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi ilə bağlı həmin şəxs barəsində cinayət işi başlana bilər.


Əgər uşağı görmək istəyən tərəf, yəni iddiaçı, digər tərəfin qərəzli hərəkətləri nəticəsində uşağı ilə görüşməsinə hər cür maneə yaradıldığını əsaslandıra bilirsə, məhkəməyə uşağın digər şəxsdən alınaraq öz himayəsinə verilməsi ilə bağlı iddia qaldıra bilər.


 İddiaçı öz tələbini onunla əsaslandırmalıdır ki, çıxarılmış məhkəmə qətnaməsi digər tərəfin qərəzli hərəkətləri nəticəsində icra olunmur. Bu səbəbdən o, uşağın öz himayəsində saxlanılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edir.


Əksər hallarda icra məmurunun bu barədə akt tərtib edərək iddiaçıya verməsi və ya məhkəməyə təqdim etməsi əsasında məhkəmə həmin şəxsin iddia tələbini təmin edə bilər".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor