"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26-27 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
 




Bu barədə Moderator.az-a ADY-dən məlumat verilib.
 
Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
 
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.