Qax rayonunda bıçaqlanma hadisəsi olub.
 




Moderator.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.
 
Kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə olub. R.İslamov kəsici alətlə tanışına xəsarət yetirib.
 
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.